haberL haberR

İngiltərə Tehranda səfirlik açmağa hazırlaşır

Kateqoriya: Siyasət Yayımlama tarixi: 16.07.2015 15:11:04

London hökuməti bildirib ki, İngiltərə və İran arasındakı əlaqələr getdikcə yaxşılaşacaq və bu sonda Tehranda səfirlik açmaqla nəticələnəcə

İslamazeri.az "Sky News"-a istinadən xəbər verir ki, London hökuməti bildirib ki, İngiltərə və İran arasındakı əlaqələr getdikcə yaxşılaşacaq və bu sonda Tehranda səfirlik açmaqla nəticələnəcək.

Böyük Britaniya hökumətinin ərəb mediası üzrə mətbuat katibi Edvin Samuel (Edwin Samuel) bu haqda müsahibə verib. O qeyd edib ki, nüvə müzakirələrində əldə olunan razılaşmadan sonra İranla münasibətlər düzələcək. Edvin söyləyib ki, İranla münasibətlərin yaxşılaşması Yaxın Şərqdə sülh və əmin-amanlığın yaranmasına səbəb olacaq və beləliklə İngiltərənin Tehranda səfirliyi açılacaq. 

Qeyd edək ki, 2011-ci ildə İrandakı Britaniya səfirliyinə hücumdan sonra, iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.