haberL haberR

"İnsanlar hər müsbət və mənfi işləri ruhanilərdən görürlər"

Kateqoriya: İslam Yayımlama tarixi: 06.11.2015 19:41:52

Ayətullah Məkarim Şirazi yenə özünün hikmətli açıqlamaları ilə çıxış edib

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, Ayətullah Məkarim Şirazi düşmənin hiylələri barədə barədə müsəlmanları diqqətli olmağa çağırıb.

Qum hövzəsinin nüfuzlu ruhanilərindən olan Ayətullah uzma Nasir Məkarim Şirazi düşmənin ruhanilərlər düşmənçilik apardığını diqqətə çatdıraraq deyib: “İmam Xomeyni hövzənin yetişdirdiyi bir şəxs idi və bizim inqilabımız ruhanilərin əli ilə həyata keçdi. Elə bu səbəbdəndir ki, insanlar hər müsbət və mənfi işləri ruhanilərdən bilirlər. Bu məmləkətdə müxtəlif inqilablar baş verdi, hansıki uğursuzluqla yekunlaşdı. Lakin hövzə tərəfindən idarə olunan inqilab müvəffəq oldu. Düşmən deyir ki, ruhaniyyət olduğu zamana qədər dünyaya nümunə olan bu inqilab qalacaqdır. Elə bu səbəbdən ruhanilərə zərbə vurmağa çalışırlar. Alimlərin qələmi şəhidin qanından üstündür. Lakin bu yolunda təhlükələri çox böyükdür. Çünki hündür dağların kənarında daima quyular olur.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.