haberL haberR
Şəkildə gördüyünüz bu ağbirçək nənənin adı Lenadır

 Hamının beşmərtəbə kimi tanıdığı yerdə olanlara tanışdır və o öz yumşaq, xəfif əlini açaraq insanlardan yardım istəyir. Lena nənənin yanında xüsusi diqqətimi çəkən isə tənha küçə pişikləri idi. Belə ki, Lena nənə öz qazancının bir hissəsini , bu pişiklərin qidalanmasına ayıraraq şəfqət və nəvaziş göstərir.

Nə çox insanlar var ki , pulu-parası çoxdur , ancaq onlara verilən ruzidən infaq etmək üçün imanları yoxdur. Amma Lena nənə Quranın bir ayəsini öz həyatında əks etdirir.

"O kəslər ki onlara verilən ruzidən, Allah yolunda infaq edərlər(sədəqə yaxud ehsan). "
(BƏQƏRƏ ,3)

İndi baxın bəziləri , mala-mülkə sahib olsalar da ,ancaq əfsuslar olsun ki , yardıma ehtiyacı olanlara ,əl uzatmaq belə istəməzlər. Amma bəzi insanlar da var ki , imkanları məhdud olmasına rağmən , tənha pişiklərə belə sahib çıxırlar. İndi qərarı siz verin . Bir çoxlarından imanlı və təqvalı olan , təbəssümünü belə üzündən əksik etməyən , simasında ki, cizgilərin yorğun olmasına baxmayaraq , duyğulu baxışları ilə "Həyat gözəldir və yaşamağa dəyər" ifadəsini , öz gözlərində əks etdirən və qeyd etdiyim kimi pişiklərə sahib çıxan birisi, daha çox mömindir , yoxsa pulu ilə maskirofka olunmuş yalançı , riyakar ,sədəqəsini verərkən belə, özünü cəmiyyətdə təvazökar göstərmiş, əslində isə toplum arasında təvazö libasına bürünmüş və dolayısı yolla özlərinə tərif qazandıran , şeytan niyyətli insan cildinə girmiş, imkanlı adamcığazlar ..??
Salam və dua .

Rəşad Ataş

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.