haberL haberR

"Instagram" Ayətullah Xomeyninin hesabını bağladığı üçün üzr istədi

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 11.06.2015 10:51:58

"Instagram" üzr istəyərək, hesabı bərpa edib

İslamazeri.az  "Tehran Times"-ə istinadən xəbər verir ki, sosial media nəhəngi "Instagram" mayın 31-də Ayətullah Xomeyninin adına açılan, 500.000 fotonun paylaşıldığı və 110.000-dən çox izləyicinin olduğu hesabı bağlamışdı. 

"emamKhomeini" istifadəçi adı ilə fəaliyyyət göstərən hesabın bərpası üçün "Instagram" rəhbərliyinə müraciət edilib. Şirkət rəhbərliyi müraciəti gözdən keçirərək, səhv etdiyini boynuna alıb. Şirkətdən göndərilə e-mail aşağıdakı formadadır:

"Çox təəssüflənirik ki, bizim səhvimizə görə hesab silinib. Hazırda hesabı bərpa etməyə çalışırıq. Hesab tezliklə bərpa olunacaq".

Şirkətdən bildirilib ki, "Instagram"  İŞİD terror təşkilatı ilə bağlı hesabları bağlama kampaniyasına başlayıb və bu səhv də həmin proses zamanı baş verib. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.