haberL haberR

İnstraqramdan istifadə edənlər bunu diqqətlə oxusunlar

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 13.11.2015 10:19:08

"App Store" və "Google Play"da yayılan "Who Viewed Your Profile - InstaAgent" adlı tətbiqetmədən istifadə edənlərin profil məlumatları təhlükə altındadır.

“İnstagram”dakı profilinizə kimin baxdığını göstərdiyini iddia edən bu proqramın ad və şifrənizi tamamilə yad bir ünvana göndərdiyi məlum olub. Bundan başqa proqram profilinizdə sizin xəbəriniz olmadan fotolar paylaşa bilər. 

Yarım milyondan çox insanın yüklədiyi tətbiqetmə artıq "Apple" və "Google"un marketlərindən yığışdırılıb.

Lakin əgər bu vaxta qədər həmin proqramı telefonunuza yükləmisinizsə, dərhal silin və şifrənizi dəyişin. Başqa sosial şəbəkədə də eyni şifrədən istifadə edirsinizsə, onu da dəyişməyiniz vacibdir.  /bizimyol.info/

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.