haberL haberR

İnternetin ehtiyat sistemindən niyə istifadə olunmadı?

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 17.11.2015 12:25:23

Azərbaycanın ilkin provayderi "Delta Telecom" şirkətinin qoşulma xətlərinin birində baş vermiş yanğından sonra elektrik şəbəkəsindəki problemlərə görə, DATA mərkəzinin ehtiyat sistemindən istifadə etmək mümkün olmayıb.

Bunu Trend-ə şirkətdən deyiblər.

Şirkətdən bildiriblər ki, elektrik şəbəkəsindəki problemlərlə əlaqədar yüksək voltlu hissəni və ayrı-ayrı yarımstansiyaları söndürmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, ötən gün Azərbaycanın, demək olar, bütün ərazisində internet kəsilmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.