haberL haberR

İnternetin ən zəif şifrələri açıqlandı

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 23.01.2015 12:10:16

"SplashData" şirkəti ən zəif şifrələri açıqlayıb

İslamazeri.az-ın "BBC"-yə istinadən verdiyi xəbərə görə, 2011-ci ildən bəri internetdəki şifrə məlumatlarını toplayan "SplashData" şirkəti, 2014-cü ildə internetə sızan 3.3 milyon şifrədən ən çox istifadə olunan 25-inin statistikasını açıqlayıb.
Keçən ildə olduğu kimi, bu ildə də siyahının əvvəlində ingiliscə "şifrə" mənasını verən "password" sözü və "123456" kodları gəlir.


Bu şifrələri istifadə edənlərin e-mail və digər hesabları daha tez sındırıla bilir. Şirkət qeyd edir ki, şifrə seçimində ən azı 8 simvoldan istifadə etmək lazımdır. Bu simvollar da müxtəlif hərf və rəqəmlərdən ibarət olmalıdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.