haberL haberR

İordan çayının qərb sahilində fələstinli deputat həbs edilib

Kateqoriya: Dünya Yayımlama tarixi: 17.05.2016 12:46:11

İsrail hərbçiləri İordan çayının Qərb sahilindı yerləşən Ramallah şəhərində fələstinli deputatı həbs edib.

HƏMAS hərəkatının nəzdində fəaliyyət göstərən “Dəyişikliklər və reformlar” Blokundan bildiriblər ki, Əbdülcabbar Fukah onun evində keçirilən reyd zamanı həbs ebilib.

İslamazeri.az xarici mediaya istinadən bildirir ki, saxlanma zamanı hərbçilər siyatətçiyə qarşı gücdən istifadə ediblər.

Fələstin parlamentinin üzvü Muna Mənsur bildirib ki, həbs qanunsuzdur və bütün beynəlxalq razılaşmalara ziddir. “İsrail deputatı həbs edərək göstərmək istəyir ki, heç kəs bu cür xətərdən qorunmayıb”, – deyə xanım Muna Mənsur bildirib.

İsrail təhlükəsizlik qüvvələri demək olar ki, İordan çayının Qərb sahilində hər gün fələstinlilər həbs olunması üzrə əməliyyatlar keçirir. Fələstin hökümətinin məlumatına əsasən, İsrail həbs xanalarında 7 minə yaxın fələstinli saxlanılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.