haberL haberR
Populyar söhbət proqramı WhatsApp «iOS» platformasından ötrü yenilənib.

Yeni 2.16.7 versiyasında bəzi dəyişiklik və əlavələr var.

İstifadəçi söhbətdə təkcə emosiya göndərirsə,artıq böyük görünür.

İndi bu proqramla video çəkib göndərərkən, barmaqları aşağı-yuxarı gəzişdirməklə görüntünü yaxınlaşdırıb-uzaqlaşdırmaq olur.

Söhbətlər bölməsinin üstünə redaktə düyməsi də artırılıb. Buradan mesajları silmək, oxunmuş kimi göstərmək, arxivləşdirmək olar.

Yeni versiyada söhbət pəncərələri də daha tez açılır.

Proqramı «App Store»dan yeniləmək olar.(azadliq.org)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.