haberL haberR

"iPhone 7"nin yeni görüntüsü yayıldı - Foto

Kateqoriya: İqtisadiyyat Yayımlama tarixi: 10.02.2016 12:33:20

"Apple"in yeni modelinin çərçivəsiz olacağı gözlənilir.

"Apple"in səbirsizliklə gözlənilən modelinin yeni fotoları yayılıb. Söhbət "iPhone 7"dən gedir. Yeni modelin bu ilin sentyabr ayında təqdim edilməsi gözlənilir. Ancaq təqdimatdan öncə onlarla konsepti internetdə yayılıb. Yeni konseptdə isə smartfon çərçivəsiz görüntüsü ilə olduqca diqqətçəkici dizayna malikdir. 

Telefonun görüntüsünü dizayner Eduardo Guerrero paylaşıb. Yeni dizayn "Bənzər boy, daha böyük ekran" şüarı ilə hazırlanıb. Dizayner eyni zamanda naqilsiz elektrik cərəyanı texnologiyasının da yeni modeldə ola biləcəyini istisna etməyib. 

Əslində "Apple" yeni modeldə bir o qədər də çox dəyişiklik etməyib - o, "iPhone 6S"dən bir o qədər də fərqlənmir. İlk görünüşə görə "Apple" fanatlarının ən çox gözlədiyi çərçivəsiz ekran dizaynı yaxın zamanda satışda olacaq. 




Naqilsiz enerji yığımı

Telefonun ölçüləri 5.51 x 2.63 x 0.25 düym olaraq dizayn edilib, üzərində ancaq bir düymə - "Home" var. 

iOS 10 sistemi olacaq model daha öncəki versiyalar kimi 16, 64 və 128 GB daxili yaddaş ilə hazırlanacaq. 


"iPhone7"

 

ANSPRESS

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.