haberL haberR
Böyük Britaniyanın`Intelligent Energy şirkəti iPhone 6 üçün bir həftə enerji saxlayacaq batareya yaradıldığını elan edib

Böyük Britaniyanın`Intelligent Energy` şirkəti `iPhone 6` üçün bir həftə enerji saxlayacaq batareya yaradıldığını elan edib.

Batareya patentləşdirilmiş texnologiya əsasında işləyir. Şirkət iddia edir ki, yeni batareyadan istifadə etmək üçün `iPhone`nun ölçü və formasını dəyişməyə ehtiyac yoxdur.Biz o qədər incə batareya yaratmağa müvəffəq olduq ki, ondan hazırda bazarda olan modellərdə istifadə etmək olar`, - deyə `Intelligent Energy` şirkətinin baş direktoru Henri Vinand bildirib. Adi `iPhone`lardan fərqli olaraq yeni qurğuların arxasında su buxarları üçün ventilyasiya dəlikləri olmasıdır. 
`Intelligent Energy` şirkəti bəyan edib ki, hazırda şirkət yeni batareyanın qiymətini müəyyənləşdirir. 
Şayələrə əsasən şirkət özü `Apple`la sıx əməkdaşlıq edir. Lakin Vinand bu barədə yayılan məlumatları şərh etməkdən imtina edib. (azvision)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.