haberL haberR

“iPhone” smartfonlarının satışı azalıb

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 27.01.2016 10:17:55

“Apple” şirkətinə görə 2007-ci ildən bəri “iPhone” smartfonlarının satışı ən aşağı səviyyəyə düşüb.

 ANS PRESS-in məlumatına görə, ABŞ texnologiya nəhəngi ilk maliyyə rübündə 74.8 milyona yaxın “iPhone” satıb. Bu “iPhone”nun satışa çıxarıldığı vaxtdan bəri “Aplle” şirkətinin satış həcmində üzləşdiyi ilk azalmadır. 

“Aplle”ın 26 dekabra kimi son 3 ayda əldə etdiyi ümumi gəlirlər 75.9 milyard dollar, xalis gəliri isə 18.4 milyard dollar təşkil edib. Şirkətin mənfəətinin 68 faizə yaxını məhz “iPhone” satışından əldə olunan gəlirlərin payına düşür. 

Şirkətin aparıcı maliyyə eksperti Luka Maestri, “Apple”ın çox qəliz makro-iqtisadi mühitdə fəaliyyət göstərdiyini söyləyib. O “iPhone” satışlarının cari rübdə azalacağının gözlənildiyini əlavə edib. Rəsmiyə görə ABŞ-da satışların zəifləməsinə səbəb dolların məzənnəsinin güclənməsidir. Belə ki, bununla əlaqədar şirkətin 5 milyard dollara yaxın gəlirdən məhrum olduğu bildirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.