haberL haberR

İqtisadiyyat naziri Şahin Mustafayev Sabirabadda vətəndaşları qəbul edib (Foto)

Kateqoriya: Ölkə Yayımlama tarixi: 12.08.2016 16:18:33

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

İslamazeri.az xəbər verir ki, avqustun 12-də iqtisadiyyat naziri Şahin Mustafayev Sabirabadda Şirvan, Hacıqabul və

Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin aidiyyəti struktur bölmələrinin

rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda 40-a yaxın vətəndaş müraciət edib.

Vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra

müraciətlər yerindəcə həllini tapıb, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və

qanunvericiliyə uyğun həlli üçün konkret tapşırıqlar verilib. İqtisadiyyat Nazirliyinin

səlahiyyətlərinə aid olmayan məsələlər üzrə müraciətlərin icrası nəzarətdə saxlanılmaqla

aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal

sahələrinin yaradılması və mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi, müvəkkil kredit

təşkilatı kimi Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq, ailə təsərrüfatlarının təşkili, ixracın

dəstəklənməsi, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatına kredit

limitinin ayrılması, sosial və s. məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbula gələn sahibkarlarla müzakirələr aparılıb, onların istixana, cins heyvandarlıq, əkinçilik,

ailə fermer təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələrinin dəstəklənməsi

və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Sahibkarlar

özəl sektorun inkişafı istiqamətində həyata keçirilən kompleks islahatlardan - lisenziyalaşdırma

sisteminin sadələşdirilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması,

qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, gömrük prosedurunun sadələşdirilməsi,

investisiya təşviqi sənədinin tətbiqi və s. tədbirlərdən razılıqlarını ifadə ediblər.

Digər rayonlardan gəlmiş vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər

bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə

uyğun tədbirlər görülüb.

Qəbula gələn vətəndaşlar onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına

minnətdarlıq ediblər.

Qəbul çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev güzəştli kreditlər hesabına

reallaşdırılan “Sabirabad Konserv Zavodu” ASC-nin, “Sabirabad” istixana kompleksinin və digər

ixracyönümlü layihələrin icrası ilə tanış olub.

İqtisadiyyat naziri Şahin Mustafayev Sabirabadda vətəndaşları qəbul edib (Foto)

/haberimaj/habergaleri/2O9A1K2M1X8A.JPG
  1. İqtisadiyyat naziri Şahin Mustafayev Sabirabadda vətəndaşları qəbul edib (Foto)

  2. İqtisadiyyat naziri Şahin Mustafayev Sabirabadda vətəndaşları qəbul edib (Foto)

  3. İqtisadiyyat naziri Şahin Mustafayev Sabirabadda vətəndaşları qəbul edib (Foto)

  4. İqtisadiyyat naziri Şahin Mustafayev Sabirabadda vətəndaşları qəbul edib (Foto)

  5. İqtisadiyyat naziri Şahin Mustafayev Sabirabadda vətəndaşları qəbul edib (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.