haberL haberR

İqtisadiyyat və sənaye naziriliyi;Qiymətlər dərman preparatlarının üzərində olacaq

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 07.08.2015 14:55:49

İqtisadiyyat və sənaye nazirinin 2015-ci il avqustun 6-da imzaladığı əmrlə dərman vasitələrinin qiymətlərinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda, qiymətlərin göstərilməsinin digər üsulları təsdiq edilib.

 Yeni üsullar belədir:

1. Bu üsullar Tarif (qiymət) Şurası (bundan sonra - Şura) tərəfindən tənzimlənmiş dövlət qeydiyyatına alınmış dərman vasitələrinin (bundan sonra – dərman vasitəsi) qiymətlərinin onların qablaşdırmalarının üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda, qiymətlərin göstərilməsinin digər üsullarını müəyyən edir.

2. Dərman vasitəsinin qiymətinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda, qablaşdırmanın üzərində pərakəndə satış qiyməti aşağıdakı üsullardan biri ilə göstərilir:

sənaye printeri vasitəsilə çap olunmaqla;
qiymət kağızı yapışdırmaqla;
ştamp vasitəsilə vurmaqla.
3. Qiymət onun dövlət qeydiyyatına alınması zamanı müəyyən edilən qablaşdırmasının üzərində istehsalçı və ya onun səlahiyyətli nümayəndəsi, habelə dərman vasitəsinin qiymətində dəyişiklik baş verdikdə onun mülkiyyətçisi tərəfindən göstərilir.

4. Qiymət dərman vasitəsinin üzərinə topdansatış əczaçılıq müəssisəsinə mədaxil edilməzdən əvvəl vurulur.

5. Aptek təşkilatı topdansatış əczaçılıq müəssisəsindən dərman vasitəsi mədaxil edərkən onun üzərindəki qiymətin Şura tərəfindən təsdiq edilmiş qiymətə uyğun olub-olmadığını yoxlayır.

6. Qiyməti Şura tərəfindən təsdiqlənmiş, lakin üzərində mətbəə qaydasında və ya bu Üsullarla göstərilməyən, habelə təsdiqlənmiş qiymətdən fərqli qiymət göstərilmiş dərman vasitəsi aptek təşkilatına satış üçün mədaxil olunmur.

7. Dərman vasitəsinin Şura tərəfindən təsdiq edilmiş qiymətində dəyişiklik baş verdikdə, dərman vasitəsinin üzərində yeni qiymətin göstərilməsi bu mülkiyyətçi tərəfindən təmin edilir.

8. Dərman vasitəsinin üzərində yeni qiymətin əvvəlki qiymətin üzərinə vurulmasına yol verilmir və əvvəlki qiymətin üzərindən xətt çəkilir.

9. Dərman vasitəsinin qablaşdırmasının üzərinə qiymət sənaye printeri vasitəsilə çap olunduqda aşağıdakı tələblərə əməl edilir:
qiymət manat ifadəsində rəqəmlə göstərilir, manat və qəpik göstəricisinin arasında nöqtə (“.”) işarəsi qoyulur (məsələn X.XX; XXX.XX);
qiymətdə rəqəmlərin və hərflərin yazılmasında hündürlüyü 0,4-0,7 sm, eni 0,2-0,3 sm ölçüdə şriftlərdən istifadə olunur;
qara rəngli, su, spirt və ya digər məhlulla silinməyən boyadan istifadə olunur.

10. Dərman vasitəsinin qablaşdırmasının üzərinə qiymət kağızı yapışdırıldıqda aşağıdakı tələblərə əməl edilir:
qiymət manat ifadəsində rəqəmlə göstərilir, manat və qəpik göstəricisinin arasında nöqtə ( “.”) işarəsi qoyulur (məsələn X.XX; XXX.XX);
qiymət kağızının rəngi ağ, yazıların rəngi qara olur;
qiymətin kağızının eni 0,9-1,2 sm, uzunluğu 2,0-2,5 sm ölçüsündə olur;
rəqəmlərin yazılmasında hündürlüyü 0,4-0,7 sm, eni 0,2-0,3 sm ölçüdə şriftlərdən istifadə olunur.

11. Dərman vasitəsinin qablaşdırmasının üzərinə ştamp vasitəsilə qiymət vurulduqda aşağıdakı tələblərə əməl edilir:
qiymət manat ifadəsində rəqəmlə göstərilir, manat və qəpik göstəricisinin arasında nöqtə (“.”) və ya defis (“-”) işarəsi qoyulur (məsələn X-XX; XX-XX; X.XX; XX.XX);
Dərmanların qablaşdırılması

qara və ya tünd göy rəngli, su, spirt və ya digər məhlulla silinməyən mürəkkəbdən istifadə olunur;
rəqəmlərin yazılmasında hündürlüyü 0,4-0,7 sm, eni 0,2-0,3 sm ölçüdə şriftlərdən istifadə olunur;
bu üsulla qiymət şüşə qablaşdırmanın üzərinə və silinə biləcək səthlərə vurulmur.

12. Qiymət göstərilən zaman, qiymətin aydın oxunması təmin edilir və dərman vasitəsinin istehsal və son istifadə tarixlərinin üzərinin örtülməsinə, eləcə də istehlakçı tərəfindən dərman vasitəsi barədə məlumatların oxunmasının vizual məhdudlaşdırılmasına yol verilmir.(anspress.com)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.