haberL haberR

İqtisadiyyat və sənaye nazirinə sözü olanların nəzərinə

Kateqoriya: Ölkə Yayımlama tarixi: 01.06.2015 17:33:35

İyunun 5-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Şəkidə Oğuz, Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək

İqtisadiyyat və Sənaye Nazirliyindən islamazeri.az-a verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Şəki Olimpiya İdman Kompleksində (Ünvan: Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Şəki-Zaqatala regional bölməsi (Ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi, 8, əlaqələndirici şəxs Qalib Məsimov, əlaqə telefonu: (02424) 4-27-11, (050) 391-75-72, faks: (02424) 4-37-67, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və Sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.