haberL haberR
Ermənistan-Azərbaycan təmas xəttində insani itkilərin səbəbi Rusiya istehsalı olan silahın Azərbaycana çatdırılmasının nəticəsidir.

Bu fikri mətbuat konfransında Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin eksperti Ruben Meqrabyan deyib.

O bildirib: "Biz bir gün əvvəl yenidən bunun şahidi olduq ki, Azərbaycana çatdırılan Rusiya silahları insanların, hərbi qulluqçuların ölümünə yol açır. Rusiyadan fərqli olaraq, digər ölkələr silah tədarükünə embarqo qoyublar."

Onun sözlərinə görə, Rusiya tərəfinin ritorik şərhləri heç vaxt Dağlıq Qarabağ probleminin həllinə imkan yaratmır: "Ermənistan-Azərbaycan təmas xəttində qulluqçuların ölümü adət hala çevrilib. Ancaq biz nə beynəlxalq cəmiyyətdən, nə də Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına maraqlı olan tərəflərdən adekvat reaksiya görmürük."(ans)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.