haberL haberR

İran ABŞ-la əlaqəli şikayət məktubunu BMT-yə yollayıb

Kateqoriya: Region Yayımlama tarixi: 29.04.2016 12:00:19

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT baş katibinə şikayət məktubu ünvanlayıb.

İslamazeri.az-ın “Presstv”-yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın İrana qarşı atdığı son addımlara toxunan Zərif məktubda bildirib: “Amerikanın İranın 2 milyardına əl qoyması beynəlxalq hüquqa zidd olan bir addımdır. Onlar bu pulu İranın 11 sentyabr hadisələrində əli olduğu iddiası ilə, zərər çəkmiş ailələrə konpensasiya olaraq ödədiklərini deyirlər. Əslində isə yarıtmaz və düşmən siyasətlərinə görə konpensasiya ödəməli olan məhz onlardır.”

Məktub, dünən İranın BMT-də olan daimi nümayəndəsi Qulaməli Xoşru tərəfindən Ban Ki Muna çatdırılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.