haberL haberR

İran Azərbaycan da daxil olmaqla, 7 ölkə ilə viza rejimini ləğv etdi

Kateqoriya: Region Yayımlama tarixi: 29.07.2015 15:17:16

Turizmin stimulaşdırılması məqsədilə İran 7 ölkəyə viza rejimini ləğv edib

İslamazeri.az-ın “İtar-tass”-a istinadən verdyi xəbərə görə, İran İslam Respublikası ölkəyə daxil olmaq üçün tələb edilən viza sistemini  7 ölkədən götürüb.

Viza rejiminin aradan qaldırıldığı ölkələr bunlardır: Azərbaycan, Türkiyə, Livan , Gürcüstan, Boliviya, Misir, və Suriya. Adı çəkilən ölkə vətəndaşları turist səfərlərini daha rahatlıqla həyatə keçirəcəklər.

Yeni qanuna əsasən, adı çəkilən ölkə vətəndaşları İran ərazsində 15-90 gün müddətinə qalmaq imkanı əldə edəcəklər. Bundan əlavə, İran rəsmiləri turizimin inkişafı üçün vizasız rejimin 60 ölkəyə qədər artırılması üzərində işlər aparıldığını açıqlayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.