İran Azərbaycanla dəmir yolları şəbəkəsini birləşdirəcək
İran mətbuatı bu barədə məlumat yayıb

İran və Azərbaycan arasında dəmiryolu şəbəkəsinin birləşdirilməsi barədə danışıqlar aparılır. İRİB-ə istinadən xəbər verilir ki, bunu İranın Gilan vilayətinin valisi Məhəmməd Əli Nəcəfi deyib. O, iki ölkənin dəmiryol şəbəkəsinin Azərbaycanın Astara şəhəri ilə İranın Astara şəhəri arasında bir-birinə qovuşacağını bildirib:
“Avqust ayında Bakıda İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan müştərək komissiyasının həmsədri Mahmud Vaizinin iştirakı ilə keçirilən koordinasiya iclasında Azərbaycan iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün dəmiryolu şəbəkəsinin Azərbaycanın Astara şəhərindən İranın Astara şəhərinə qədər uzadılmasını təklif edib. Bu dəmiryolu xətti İranı Avropaya, Rusiya və Qafqaz ölkələrini isə Fars körfəzinə birləşdirəcək. Astara-Astara dəmiryolunun uzunluğu 7 kilometr olacaq ki, bunun 2 kilometri İran ərazisində, qalan 5 kilometri isə Azərbaycan ərazisində inşa edilməlidir”.
Gilan valisi Bakıda keçirilən iclasda İran Astarasında böyük yük terminalının tikintisi barədə qərarın verildiyini də bildirib. (apa)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.