haberL haberR

İran Bəsiclərinin komandanı: Bəziləri ABŞ-a "yumşaq üz" göstərdilər...

Kateqoriya: Region Yayımlama tarixi: 02.05.2016 11:23:18

İranın könüllü xalq dəstələri - Bəsicin rəhbəri, ölkədə qeyd olunan “müəllimlər günü” münasibətə ilə çıxış edib.

İslamazeri.az-ın “Fars” xəbər agentliyinə istinadən verdiyi xəbərə əsasən, general Muhəmməd Rza Nəqdi Fironun Quranda keçən hadisəsindən danışıb.

General deyib: “Firon dəfələrlə məğlub olsa da, bu məğlubiyyətindən dərs çıxarmadı. Boğulduğu zaman peşman olduğunu etiraf etsə də artıq çox gec idi. Amerika da xalqımızın müqabilində aldığı məğlubiyyətlərdən dərs çıxarmır. Bizim inqilabımız Allah üçün idi. Elə bu səbəbdəndir ki, onların məkirli hiylələri bir-birinin ardınca uğursuz olur. Allahla olduğumuz zaman heçnədən qorxmamalıyıq".

ABŞ-la yumşaq siyasətlə danışmağın tərəfdarlarını də tənqid edən Muhəmməd Rza Nəqdi "Bəziləri ABŞ-ın qüdrətinin daimi olacağına inanırlar. Onlara göstərilən "yumşaq üz"ün nəticəsidir ki, xalqımızın 2 milyardını mənimsəyiblər. Necə olur ki, 33 ildə buna cürət edə bilmədilər? Bunlar hamısı onlara göstərilən "yumşaq üz"ə görədir.”, - deyə bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.