haberL haberR

İran: Biz uzun illər ərzində ən iri terror hücumuna məruz qalmış Suriyanı dəstəkləyirik

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 05.08.2016 18:05:43

Türkiyə Suriyaya nisbətdə olan siyasətini yenidən gözdən keçirməli və regionda təhlükəsizlik və sabitliyin bərpa edilməsinə kömək etməyə başlamalı olduğu vaxt gəlib çatıb.

İslamazeri.az-ın "SANA"-ya istinadən verdiyi xəbərə əsasən, İranın milli təhlkəsizlik üzrə komitəsinin və xarici siyasət şurasının sədri Əlaəddin Bürucerdi bir daha onun ölkəsinin Suriyanı terrorizmlə mübarizədə və müqavimət oxunu zəiflətməyə çalışan sionist-amerikan layihəsinə qarşıdurmada dəstəklədiyini ifadə edib.

Dəməşqdə keçirilmiş mətbuat konfransında Bürucerdi qeyd edib ki, onun Suriya səfəri İranın sionist təşkilatına qarşı müqavimət oxunu dəstəkləyən siyasəti çərçivəsində keçib.

“Biz burada, müxtəlif ölkələrdən olan və aşkarcasına beynəlxalq dəstək alan on minlərlə terrorçunun iştirak etdiyi ən iri terror hücumuna qarşı müqavimət göstərən Suriya xalqının və rəhbərliyinin yanında olduğumuzu yenidən bəyan etmək üçünük.”, – deyə o bildirib.

Bürucerdi qeyd edib ki, Suriya böhranının həll edilməsi Suriyadaxili dialoqla, kənardan müdaxilə olmadan həyata keçirilməlidir.

Siyasətçi qeyd edib ki, Suriya ordusunun Hələbdə əldə etdiyi uğurlar, Suriya böhranının tarixindəki dönüş nöqtəsidir. O, BMT-i Hələbin şərq hissəsində mühasirədə qalmış sakinlərin humanitar dəhlizlər vasitəsilə çıxarılması üçün lazımi səyləri göstərməyə çağırıb. Bürucerdi Suriyanın minlərlə günahsız vətəndaşın ölümünə səbəb olmuş terrorizm üzərində qəti qələbə qazanacağına əmənliyini bildirib.

O hesab edir ki, terrorçuların dünya arenasındaki tərəfdarları, terrorizmdən zərər görmüş bütün xalqlar və dövlətlər tərəfindən məsuliyyətə cəlb edilməlidirlər.

Bürucerdinin sözlərinə görə, terrorizmi dəstəkləyən ölkələrdə baş verən hadisələr göstərir ki, terrorizm bir sərhəd daxilində məhdudlaşmır (terrorizmin sərhədi yoxdur).

O, Türkiyədəki vəziyyətə toxunaraq qeyd edib ki, Türkiyə Suriyaya nisbətdə olan siyasətini yenidən gözdən keçirməli və regionda təhlükəsizlik və sabitliyin  bərpa edilməsinə kömək etməyə başlamalı olduğu vaxt gəlib çatıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.