haberL haberR
İran ABŞ-dakı irqçilik aksiyalarına münasibətini bildirib.

İslamazeri.az-ın "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, İran ABŞ-da davam edən irqçilik aksiyalarına münasibətini bildirib. 

İran Xarici İşlər Nazirinin sözçüsü Mərziyə Əfxəm son günlərdə ABŞ-da irqçilik əleyhinə baş qaldıran aksiyalara münasibətini bildirərək, ABŞ -ın daxilində hələ də boşluqların olduğunu qeyd edib. 

Mərziyə Əfxəm ABŞ-da irqçiliyn hələ də davam etdiyini və  polisin aksiyaçılara qarşı qəddarlığının insan haqları pozuntusu olduğuna diqqət çəkərək belə deyib :

"Ötən on illər ərzində ABŞ siyasətçiləri insan haqları anlayışını öz şəxsi mənfəətləri naminə və digər ölkələrin işlərinə müdaxilə vasitəsi kimi işlətdilər . Buna görə də daxili problemlərindən  qafil oldular. Onlar bizə demokratiya dərsi vermək yerinə, daxili problemləri ilə məşğul olsalar daha yaxşı olar"

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.