haberL haberR

İran: "Əgər Amerikaya məxsus pilotsuz təyyarə hava məkanımıza daxil olsaydı, vuracaqdıq"

Kateqoriya: Dünya Yayımlama tarixi: 29.08.2016 17:48:24

Artıq bu cür aparatın İran hava məkanına daxil olması halı olub və həmin pilotsuz təyyarə vurulub.

İslamazeri.az-ın "Sputnik" agentliyinə istinadən verdiyi xəbərə əsasən, İran Hava Hücumundan Müdafiə (HHM) qoşunlarındakı mənbədən bildiriblər ki, əgər ABŞ-a məxsus pilotsuz təyyarə ölkə ərazisinə soxulsaydı İran Silahlı Qüvvələri onu vurardı.

Xatırladaq ki, daha əvvəl xəbər verilmişdi ki, Əfqanıstandan gəlmiş ABŞ pilotsuz təyyarəsi İranın hava məkanına daxil olub, lakin edilmiş xəbərdarlıqdan sonra oranı tərk edib.

“Əldə olan məlumata əsasən pilotsuz təyyarə (İran hava məkanına) daxil olmaq istəyirdi, lakin daxil olmayıb. Əgər o daxil olsaydı, vurulardı, lakin o, belə görsənir ki, xəbərdarlığa cavab verib (və geri dönüb).”, - deyə mənbədən agentliyə bildiriblər. Əlavə edilib ki, təyyarə Əfqanıstanın Qəndəhar əyalətindən havaya qalxıb.

Hərbçinin sözlərinə görə, artıq bu cür aparatın İran hava məkanına daxil olması halı olub və həmin pilotsuz təyyarə vurulub.

“Bizim müdafiə xəttimiz istənilən soxulmanı izləmək  qabiliyyətindədir və reaksiya verməkdə ləngiməyəcək (və vaxtında lazımi reaksiyanı verəcək).”, - deyə o qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.