haberL haberR

İran erməni yalanını üzə çıxardı

Kateqoriya: Siyasət Yayımlama tarixi: 21.01.2016 12:51:04

Separatçı rejim Qarabağdan olan fermer və əkinçilər İrana səfər etməyib.

"Qondarma rejim olan Qarabağdan olan fermer və əkinçilər İrana səfər etməyib. ANS PRESS-in məlumatına görə, Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin 2015-ci ilin oktyabr ayında İran İslam Respublikasına səfəri və İran rəsmiləri ilə görüşməsi barədə məlumat verilib. 

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən diplomatik kanallar vasitəsilə bu məlumat araşdırılıb.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən Xarici İşlər Nazirliyinə cavab notası ünvanlanıb. Burada qeyd edilib ki, qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin İrana səfəri və bu ölkənin rəsmiləri ilə görüşməsi barədə xəbər həqiqəti əks etdirmir. Ermənistan KİV-də yayılan xəbərlər təkzib olunub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.