haberL haberR

İran güc strukturları ölkənin şimal şərqində anti-terror əməliyyatı keçirdi: 15 ölü

Kateqoriya: Region Yayımlama tarixi: 16.06.2016 14:12:17

İranın şimal-şərqində yerləşən 2 terror qruplaşması zərərsizləşdirilib

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, inqilabın əleyhinə olan və ölkədə qarşıdurma yaratmaq istəyən 2 terror qruplaşması məhv edilib.

İran tərəfinin keçirdiyi əməliyyat nəticəsində 12 terrorçu həlak olub, qalanları isə qaçmağa məcbur qalıb.

Bu haqda İslam İnqilabı Keşikçilərinin quru qoşunlarının komandanı Muhəmməd Pakpur açıqlama verib.

“İki qrup terrorçunun dünənki (ölkəyə) soxulmasından sonra, İnqilab Keşikçilərinin quru qoşunları uğurlu əməliyyat keçirərək 12 terrorçunu məhv ediblər.” , – deyə Pakpur bildirib.

Toqquşma İraqla sərhəddinin yaxınlığındaki Oşnaviyə şəhərində çərşənbə günü axşam saatlarında baş verib. Hərbi əməliyyat zamanı 3 İranlı hərbçi dünyasını dəyişib. Komandan həmçinin qeyd edib ki, hərbçilər terrorçuların avadanlıqlarını, sənədlərini və hərbi-sürsatlarını əldə edə biliblər.

Lakin o məhv edilmiş terrorçuların hansı qruplaşmaya mənsub olduqları haqda məlumat verməyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.