haberL haberR

İran həbs etdiyi amerikalı hərbçiləri azad etdi (Yeniləndi)

Kateqoriya: Region Yayımlama tarixi: 13.01.2016 15:00:20

İran İslam İnqilabı Keşikçiləri Korpusu - Sepahın Dəniz Qoşunları 10 ABŞ hərbçisinin həbs edilməsi ilə bağlı bəyanat yayıb

14:58 - İran dekabrın 13-nə keçən gecə saxladığı ABŞ Hərbi Dəniz Qüvvələrinin əsgərlərini azad edib(apa-rian.ru).

 

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, bəyanatda həbs edilən ABŞ hərbçilərinin səhhətində heç bir problemin olmadığı və Fars adasında saxlanıldıqları bildirilir.

İnqilab Keşikçiləri Korpusunun  ictimai əlaqələr şöbəsi bəyanatına görə, çərşənbə axşamı ABŞ ordusunun 2 hərbi qayığı Fars adasının sahil sularına daxil olub. Bundan sonra  Sepah-ın 2-ci dəniz məntəqəsi qüvvələri bu iki hərbi qayığı saxlayaraq, qayıqlarda olan 10 amerikalı dəniz piyadasını da həbs həbs edib.

Bəyanatın davamında bildirilir ki,  ABŞ ordusuna məxsus bu iki hərbi qayığın saxlanılması zamanı, ABŞ-ın "Trumən" təyyarədaşıyan gəmisi və onu müşayiət edən hərbi gəmilər Fars adasının cənub-şərqində, amerikan hərbi qayıqların saxlanıldığı məkanın yaxınlığındakı beynəlxalq sularda olublar.

Həmçinin, Sepah-ın Dəniz Qoşunları bildirib ki, ABŞ-ın hərbi qayıqlarının saxlanıldığı zaman, Fransanın "Şarl De Qol" təyyarədaşıyan gəmisi də Fars adasının şimal-şərqində, beynəlxalq sularda üzürmüş.

Bəyanatın sonunda bildirilir ki, saxlanılan ABŞ hərbçilərinin 9-u kişi, 1-i isə qadındır. Onların səhhətində heç bir problem yoxdur və münasib bir məkanda yerləşdiriliblər.

ABŞ tərəfi də bununla bağlı açıqlama yayıb. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods jurnalistlərə açıqlamasında məsələ ilə bağlı İran tərəfilə danışıqlar apardığını bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.