haberL haberR

İran hərbi gəmiləri ABŞ hərbi gəmilərilə üz-üzə

Kateqoriya: Region Yayımlama tarixi: 12.07.2016 15:09:54

İran İnqilab Keşikçilər Korpusuna aid 5 hərbi qayıq ABŞ ordusunun dəniz qüvvələrinin gəmisini mühasirəyə alaraq İrana aid dəniz sahəsindən çıxmasına məcbur edib

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, İran İnqilab Keşikçilər Korpusuna aid 4 hərbi qayıq və bir uzaqdan idarə edilən raketli gəmi ABŞ Donanmasına aid "Nyu Orleans" adlı hərbi gəmisini Hörmüz boğazında mühasirəyə alaraq hərəkətini dəyişməyə məcbur edib.

Məlumata görə, ABŞ gəmisində  Dəniz Qüvvələrinə aid  adı açıqlanmayan generallarından biri də olub.

ABŞ-ın Qərbi Asiyada olan güclərindən məsul olan general Cosef Votel "Reuters"ə verdiyi açıqlamada, İran İnqilab Keşikçilər Korpusunun dəniz güclərinin bu addımında heç bir təhlükə olmadığını, ancaq onların tələbilə su ərazisində yön dəyişdiklərini etiraf edib.

Votel bu olayın və buna bənzər olayların baş verməsinin səbəbini düzgün hesablamamaq oduğunu da qeyd edib.

İran qayıqlarınn bu addımndan sonra, ABŞ-ın Hörmüz boğazında olan "USS Estot" Gəmisi də motorunu söndürərək hərəkətsiz qalıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.