haberL haberR

İran hərbi universiteti: 100-ə yaxın hərbi məsləhətçi Suriya və İraqa göndərilib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 14.05.2016 12:42:41

İranlıq hərbçinin sözlərinə görə, bu qrupdan olan mütəxəssislərin bir hissəsi 2-3 aylıq xidmətdən sonra vətənə geri dönüblər

Zabit heyəti və İslam inqilabı keşikçiləri ordusu hazırlayan İmam Hüseyn (ə) adına Universitetinin rəhbəri Mürtəza Səfəri universitetdən olan 100-ə yaxın iranlı hərbi məsləhətçi və təlimatçının Suriya və İraqa getdiyini bildirib. Bu barədə İslamazeri.az rus mediasına istinadən məlumat verir.

“Ötən il bizim nəzərə çarpacaq qədər - təxminən 100 nəfər komandir və təlimatçılarımıziki aylıq müddətə həmən bölgələrə xidmətə getmişdilər”, – deyə Səfəri bildirib.

İranlıq hərbçinin sözlərinə görə, bu qrupdan olan mütəxəssislərin bir hissəsi 2-3 aylıq xidmətdən sonra vətənə geri dönüblər. Onlardan bəzisi öz təlimatçı vəzifələrini yerinə yetirmək üçün orada qaldılar.

İran İslam Respublikasının xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan mayın 5-i bildirmişdi ki, İran Suriyadaki hərbi təlimatçılarının sayını terrorizmlə mübarizənin aktivləşdiyi üçün artırır. Onlar (red. – hərbi mütəxəssislər) Dəməşqin istədiyi qədər Suriyada qalacaqlar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.