haberL haberR

İran HHQ məxsus SU-24 qəzaya uğradı

Kateqoriya: Region Yayımlama tarixi: 10.07.2016 13:47:21

İran Hərbi Hava Qüvvələrinə məxsus SU-24 qəzaya uğrayıb

İslamazeri.az xəbər verir ki, İran HHQ məxsus bombardmançı təyyarə SU-24 ölkənin cənubunda qəzaya uğrayıb, pilotlar katapult ediblər. "Təsnim" agentliyi bildirib.

Agentliyin məlumatına əsasən, qəza yerli vaxtla səhər saat 9:20-də Fars ostanında yerləşən Bəxteqan gölünün yaxınlığında baş verib. Pilotlar uğurla katapult ediblər  və ostanın inzibati mərkəzi Şiraza çatdırılıblar. İlkin məlumata əsasən, qəzaya səbəb texbiki nasazlıq olub.

Qəza yerinə mütəxəssislər gəliblər, hadisənin səbəblərinin araşdırması aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.