İran İnqilab Keşikçilər Korpusunun komandanının müavini: Fars körfəzini bağlayarıq

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, İran inqilab keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müavini briqada generalı Huseyn Səlami bildirib: “Əgər Birləşmiş Ştatlar bu cür açıqlamalar verəcəksə, o zaman İran İslam Respublikası öz hüququndan istifadə edərək ABŞ və digər gəmiləri təhdid görərək Hörmüz boğazında keçməyə icazə verməyəcək.”
İranın birinci telekanalının xəbər proqramında müsahibəsində general Səlami deyib: “1982-ci ildə qəbul edilmiş dəniz hüququ konvensiyasına əsasən, əgər Birləşmiş Ştatlar və onların regional müttəfiqləri Hörmüz boğazından istifadə etmək istəsələr və bununla yanaşı İranı təhdid etsələr, oz zaman Tehran bu ölkələrin heç bir gəmisinə Hörmüz boğazından keçməyə icazə verməyəcək.”
“İslam inqilabı keşikçiləri ordusu İran İslam Respublikasının Amerika başda olmaqla bütün düşmələrini öz keçmiş səhvlərini təkrarlamamaları və tarixdən dərs götürmələri üçün xəbərdar edir.”, - deyə general əlavə edib.
General Səlami İranın hərbi təlimlərinə də işarə edərək deyib: “Quruda, havada və dənizdə istənilən hərbi təlimlərin keçirilməsi İranın qanuni haqqıdır və Tehran heç bir ölkəyə icazə verməyəcək ki, İranın müdafiə sahəsində qəbul etdiyi hərəkət və tədbirlərə və keçirdiyi hərbi təlimlərə qarşı qərar qəbul etsin.”
ABŞ-ın İranın Fars Körfəzində hərbi təlim keçirmək haqqının olmamasını deməsinə isə, general "Əgər amerikalılar ayaqlarını yorğanlarından kənara çıxararlarsa, biz onların ayaqlarını Fars Körfəzindən kəsib atacağıq. Onlar özləri də, yaxşı bilirlər ki, boş-biş danışırlar.", -deyə cavab verib.
İranlı general müsahibəsi zamanı "ABŞ bizim dəniz gücümüzü bilir", deyərək ABŞ hərbi dənizçilərinin İran tərəfindən həbs olunmasına da işarə edib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.