haberL haberR

İran: Mövqeyimiz münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllidir

Kateqoriya: Siyasət Yayımlama tarixi: 04.04.2016 19:10:04

“İranın xaric işlər naziri Məhəmməd Cavad Zərif azərbaycanlı və ermənistanlı həmkarları ilə Qarabağda münaqişəni dayandırmaq məsələsini müzakirə edəcək”

 APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü İbrahim Ağaməhəmmədi deyib. O bildirib ki, bu gün parlamentin üzvü olduğu komissiya Qarabağ məsələsini müzakirəyə çıxarıb: “Bu günkü iclasda Xarici İşlər Nazirliyinin eksperti  iştirak etdi və Azərbaycanla Ermənistan arasında Qarabağ bölgəsində baş verən qarşıdurma haqqında danışdı”. 

 İ. Ağaməhəmmədi qeyd edib ki, İran İslam Respublikasının mövqeyi münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsidir: “İran çalışır ki, qarşıdurma davam etməsin və atəşkəs olsun”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.