haberL haberR

İran Kəşfiyyatı: Kürdistan əyalətində 102 terrorçu həbs olundu, 20-si öldürüldü

Kateqoriya: Region Yayımlama tarixi: 06.08.2016 18:24:18

İran silahlı qüvvələri Kürdistan əyalətində 102 terrorçunu həbs edib

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə əsasən, İran kəşfiyyat nazirliyi çərşənbə günü Kürdistan əyalətində İraq sərhəddi yaxınlığında aparılmış bir neçə reyddən sonra 102 terrorçunun həbs edilməsi haqda xəbər verib.

Kəşfiyyat nazirliyinin çərşənbə günü dərc edilmiş bəyanatına əsasən, İran silahlı qüvvələri İranın qərb rayonlarında “Tövhid” qruplaşmasının 102 üzvünü həbs ediblər.

Reydlərin həyata keçirilməsi zamanı İran silahlı qüvvələri bir neçə terrorçu ilə arasında ağır qarşıdurma baş verib, nəticədə azı 20 terrorçu məhv edilib.

Son iki ay ərzində İran ordusu İran-İraq sərhəddində fəaliyyət göstərən bir neçə silahlı qruplaşmalar ilə mübarizə çərçivəsində, ölkənin qərb rayonlarında öz mövcudluğunu nəzərə çarpacaq qədər artırıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.