haberL haberR

İran KİV: Seçkinin ikinci turunun nəticəsinə görə İslahatçılar 30, mühafizəkarlar 19 yer qazanıb

Kateqoriya: Region Yayımlama tarixi: 30.04.2016 23:10:19

İranda parlament seçkilərinin ikinci turunun nəticləri elan olub

 İslamazeri.az-ın “Presstv”-yə istinadən verdiyi xəbərə əsasən, İranda keçirilən parlament seçkilərinin nəticələri məlum olub.

İkinci turda 68 boş yer uğrunda mübarizə aparılıb . Xalqın 59%-nin iştirak etdiyi seçkilərinin nəticələri isə belə olub:

Mühafizəkarlardan 19, islahatçılardan 30, mötədillərdən 2, seçkilərə müstəqil qatılanlarda isə 17 nəfər məclisə daxil ola bilib.

Qeyd edək ki, seçkilərin ikinci turu ölkənin 21 şəhərində keçirilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.