haberL haberR

İran kosmosa kosmonavt göndərəcək

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 02.02.2015 18:22:55

"Fəcr" adlı peyk kosmosa göndərilib

İslamazeri.az-ın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün İran Dövlət Televiziyası "Fəcr'' peykinin müvəffəqiyyətlə kosmosa göndərildiyi xəbərini yayımlayıb.
Peyk "Ya Muhəmməd Rəsulullah!" şüarı ilə kosmosa göndərilib.
İran Müdafiə Nazirliyindən verilən məlumatda peykin tamamilə İran istehsalı olduğu qeyd olunur.

Xatırladaq ki, İran kosmosa ilk rabitə peykini 2009-cu ilin fevral ayında göndərmişdi. İran 2020-ci ilə qədər kosmosa özünün ilk kosmonavtını göndərməyi planlaşdırıb. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.