İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif edib
Kateqoriya: İqtisadiyyat
Yayımlama tarixi: 09.08.2016 12:53:08

Bunu Trend-ə eksklüziv müsahibəsində Bakıda iki ölkə prezidentlərinin görüşü çərçivəsində səfərdə olan İran Mərkəzi Bankının sədri Vəliullah Seyf deyib.
Onun sözlərinə görə, banklar iki ölkə mərkəzi bankları arasında imzalanmış qarşılıqlı anlaşma haqqında Memoranduma uyğun olaraq cari hesablar açmaq niyyətindədir.
V.Seyf deyib: "Azərbaycana səfərim zamanı əsas məqsəd həmkarım Elman Rüstəmovla görüşmək idi. Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi məsələsi müzakirə edildi. İki ölkənin iqtisadi imkanları mal dövriyyəsini ciddi şəkildə artırmağı tələb edir".
İranlı bankir qeyd edib ki, hər iki ölkədə İran və Azərbaycan banklarının filiallarının yaradılması üçün şərait var: "Qarşılıqlı anlaşma haqqında Memoranduma uyğun olaraq, İran və Azərbaycan mərkəzi bankları müxbir hesablar açmaq yolu ilə hər iki ölkə bankları arasında əlaqə yarada bilər".
İran Mərkəzi Bankının sədri qarşılıqlı anlaşma haqqında Memoranduma əsasən? həmçinin kart sisteminin inteqrasiyasının da nəzərdə tutulduğunu qeyd edib.
Qeyd edək ki, Azərbaycanda 33, İranda 29 bank fəaliyyət göstərir.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.