haberL haberR

İran mesaj verdi: Bəhreyn kralları İran şahının aqibətindən dərs almalıdırlar

Kateqoriya: Region Yayımlama tarixi: 21.06.2016 16:14:10

Qonşu ölkədə, Bəhreyn rejiminin Ayətullah İsa Qasimin vətəndaşlığının əlindən alınmasına etirazlar böyüyür

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, İranın islami məclisinin 252 üzvü Bəhreyn rejiminin bu qərarını məhkum edərək bildirib: “BMT-nin qərarına əsasən, heç bir dövlət öz vətəndaşına qarşı bu addımı ata bilməz, hətta cinayət törətmiş olsa belə. Beynəlxalq qüvvələrin Bəhreyn rejiminin bu addımlarına susmağa vadar edən nədir? Ölkə rəhbərliyi bu addımın təhlükəli nəticələrini hesablayıblarmı?”

Məclisin spikeri Əli Laricani də öz növbəsində bu məsələyə toxunaraq deyib: “Bu addım Ali-Xəlifə rejiminin son nəfəslərini almasından xəbər verir. Bəhreyn kralları İran şahının aqibətindən dərs almalıdırlar.”

 

Ölkənin xarici siyasət və milli təhlükəsizlik komisiyasının sədri Ələddin Bürucerdi də məsələyə münasibət bildirərək deyib: “Bu addım beynəlxalq qanunlarına ziddir. Bu addım rejimin məğlubiyyəti və ölkə başçılarının iş bilməməzliyinin əlamətidir. Bu, Ali-Səud reiminin Bəhreyn rejiminə qarşı olan təziyiqlərindən biridir.”

İranın Qum elmiyyə hövzəsinə bağlı olan “Cametul-müdərrisin” müəsisəsi də Ali-Xəlifə rejiminin bu addımını məhkum edərək “Bu addım, ölkədə olan böhranın pik həddinə çatmasının göstəricisidir. Rejim, inqilabçılarla mübarizədə zəif olduğunu bu addımlarla göstərməkdədir. Biz, ölkə inqilabçılarına öz dəstəyimizi bildiririk”-deyə bildirib.

Qeyd edək ki, bu gün İranın İnqilab Keşikçilər Korpusunun "Qüds" briqadasının komandanı General Süleymanidən Bəhreyn rejiminə sərt mesaj mediada yayımlanıb ətraflı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.