haberL haberR

İran: "Mina faciəsində 4700 nəfər həyatını itirib"

Kateqoriya: Dünya Yayımlama tarixi: 29.09.2015 11:46:20 5268 dəfə oxunub.

İran Həcc Təşkilatı sədri bu barədə məlumat verib

İslamazeri.az-ın "Tr.Jamnews"-a istinadən verdiyi məlumata görə, İran Həcc Təşkilatı sədri müxtəlif ölkələrdən içində 3000 cəsədin olduğu 21 konteynerin açılacağı təqdirdə ümumilikdə ölü sayının 4700-ə çatacağını bildirib.

O, həmçinin 248 iranlı hacı haqqında hələ də bir məlumat ala bilmədiklərini deyib.

Daha əvvəl 169 iranlı hacının öldüyü barədə xəbər yayılsa da, İrandan olan ölü hacı sayının 246-ya çatdığı məlum olub.

Təşkilat sədri yaralı hacılar haqda məlumat əldə etmək məqsədilə bu ana qədər Məkkə, Ciddə, Ərəfat, Taif və Minadakı xəstəxanaları araşdırdıqlarını açıqlayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.