haberL haberR

İran müdafiə naziri: İran həmişə məzlum xalqların yanında olacaq

Kateqoriya: Region Yayımlama tarixi: 23.07.2016 16:30:06

General Hüseyn Dehqan məzlum xalqların yanında olmağın İslam Respublikasının ali hədəfləri olduğunu bildirib

İslamazeri.az-ın “ParsToday” saytına istinadən verdiyi xəbərə əsasən, İran İslam Respublikası Müdafiə naziri Hüseyn Dehqan bildirib ki, İslam sistemi və İran xalqı hər zaman məzlum xalqların yanında olacaq.

IRNA agentliyinin məlumatına əsasən,  general Hüseyn Dehqan əlavə edib ki, məzlumların müdafiəsi ən yüksək məqsəddir, buna görə də əzilmiş və zorakılığa məruz qalan xalqların müdafiəsi İslam dövlətinin idealıdır.

Müdafiə nazirinin sözlərinə görə,  İran xalqının düşmənlərlə mübarizədə uğurunun sirrinin cəmiyyətdə hökm sürən cihadçı əhval olmasıdır və bu əhval əbədi bir mədəniyyətə çevrilib. O,   İslam Respublikasında sabitliyə səbəb olan digər faktrolar kimi, ədalətli qanunşünasların olması və xalqın birliyini göstərib və deyib ki, maddi və şəxsi maraqların cəmiyyətdə parçalanma və vəhdətsizliyə səbəb olmasına imkan vermək olmaz.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.