haberL haberR

İran Müdafiə Nazirliyi: "S-300 ZRK bu ilin sonuna İranda olacaq"

Kateqoriya: Hərbi Yayımlama tarixi: 15.04.2015 16:36:29

S-300 ZRK 2015-ci ilin sonuna kimi İrana gətirilə bilər

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının müdafiə naziri Hüseyn Dehqan Rusiya paytaxtı Moskvaya səfər öncəsi açıqlama verib.

Hüseyn Dehqan bəyan edib ki, 2015-ci ilin sonuna kimi S-300 Zenit Raket Kompleksi İrana gətiriləcək müvafiq müqavilə İran müdafiə nazirinin Moskvaya səfəri zamanı imzalanacaq.

Qeyd edək ki, bir müddət öncə Rusiya prezidenti Vladimir Putin S-300 ZRK-nın İrana satılmasına qoyulan qadağanı ləğv edən sənədi imzalayıb.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.