haberL haberR

İran nano texnologiya sahəsində dünya üzrə 7-ci pillədədir

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 18.08.2015 17:41:15

Bu haqda İran Mədəniyyət İnqilabi Ali Şurasının katibi danışıb

İslamazeri.az "IRIB"-ə istinadən xəbər veriri ki, İran Mədəniyyət İnqilabi Ali Şurasının katibi Məhəmməd Rza Dezfuli nano texnologiyası sahəsində İranın dünyada yeddinci sırada olduğunu açıqlayıb.

Dünən Məşhəddə universitet müəllimlərinin iştirakı ilə keçirilən bir tədbirdə danışan Dezfuli bu gün İranın elm məhsullarının ixracından əldə etdiyi gəlirin qiymətinin 850 milyon dollar məbləğində olduğunu və bunun da İranın ixracatındakı ümumi məbləğin 3%-i təşkil etdiyini söyləyib.

Məhəmməd Rza Dezfuli İranın elm xəritəsinin, ümumi elmi xəritə, mədəni mühəndislik, təhsil və tədris sistemində köklü dəyişikliyin yaradılması kimi üç əsas təməl üzərində qurulduğunu qeyd edib.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.