haberL haberR

İran parlamentində paytaxtın dəyişdirilməsi müzakirə edilib

Kateqoriya: Region Yayımlama tarixi: 12.06.2016 13:38:17

İran parlamentində yenidən paytaxtın dəyişmə məsələsi gündəmə gəlib

İslamazeri.az-ın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə əsasən, islami məclis nümayəndələri bu barədə çıxış ediblər.

Mustafa Kokəbian paytaxt Tehranın tıxac, ətraf mühit, çirkli hava və digər problemlərindən söz açaraq deyib: “Tehranı azad edin ki, İran gülüstana çevrilsin. Dəfələrlə İranın siyasi və idari paytaxtının dəyişdirilməsi barədə istəyimizi dilə gətirmişik. Bu arzunu həyata keçirmək üçün ciddi addımlar atacağıq. Biz, bu barədə xüsusi komitənin yaradılmasını tələb edirik.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.