haberL haberR

İran parlamentinin sədri Qarabağ problemindən danışıb

Kateqoriya: Siyasət Yayımlama tarixi: 20.04.2016 14:57:04

Laricani: "İran və Rusiya gərək Bakı və Yerevanı münaqişəni sülh yolu ilə həll etməyə razı salsın"

İslamazeri.az İran mediasına  istinadən xəbər verir ki, İran parlamentinin sədri Əli Laricani bildirib ki, İran və Rusiya gərək öz imkanlarından istifadə

edərək, Qarabağ münaqişənin siyasi yol ilə həll olunması üçün Azərbaycan və Ermənistanı razı salsın.

“Bizim nəzərimizi çəkən əsas məsələlərdən biri Azərbaycan ilə Ermənistan arasında olan münaqişədir. Regionda kifayət qədər burulqanlıqlar və müharibələr var. Biz yeni bir müharibənin başlamasına mane olmalıyıq. Biz rusiyalı dostlarımızla  müharibə alovunun regionda yayılmamasını istəyirik. Azərbaycan və Ermənistanın münaqişəni siyasi yol ilə həll etmələri üçün, İran və Rusiya öz imkanlarından istifadə etməlidir.” , – deyə Laricani bildirib.

Qeyd edək ki, İran XİN rəsmisi Zərif İranın  Qarabağ probleminin siyasi yolla, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarı olduğunu bildirmiş, ( Ətraflı ), sonrakı açıqlamasında isə "Yaxın dostumuz Azərbaycan, qonşumuz Ermənistan" bəyanatı ilə yadda qalmışdı - Ətraflı . 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.