haberL haberR

İran "Pokemon Go" oyununu qadağan etdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 06.08.2016 15:00:07

Oyun “təhlükəsizlik səbəbləri ilə” qadağan edilib.

İslamazeri.az-ın BBC-yə istinadən verdiyi xəbərə əsasən, İran höküməti smartfonlar üçün nəzərdə tutulmuş məşhur  “Pokemon Go” oyununu qadağan edən ilk ölkə olub.

Bildirilir ki, oyun “təhlükəsizlik səbəbləri ilə” qadağan edilib. Qadağanın daha müfəssəl səbəbləri dəqiqləşdirilmir. Qərarı Virtual Məkanın Ali Şurası qəbul edib.

Daha əvvəl bildirilirdi ki, İran hökuməti “Pokomen Go”-nun qadağası haqqında qərarı qəbul etməzdən öncə, oyun yaradıcılarının onlarla əməkdaşlıq etməyə nə qədər hazır olduqlarını görmək niyyətindədir.

Qeyd edək ki, "Pokémon GO" — "Niantic" tərəfindən təkmilləşdirilən ve "The Pokémon Company" tərəfindən nəşr edilən, iOS ve "Android" sistemli artırılmış reallıq oyunudur. Daha ətraflı: Pokemon GO

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.