haberL haberR

İran Qarabağda keçirilən qondarma seçkilərlə bağlı açıqlama verdi

Kateqoriya: Region Yayımlama tarixi: 11.05.2015 20:14:00

İran XİN-in sözcüsü Qarabağda keçirilən qondarma seçkilərlə bağlı açıqlama verdi

İslamazeri.az-ın "ANSPRESS"ə istinadən verdiyi xəbərə görə, İran XİN-in sözçüsü  Mərziyyə Əfxam Qarabağda keçirilən qondarma seçkilərlə bağlı açıqlama verib.

O, Tehranda keçirdiyi ənənəvi həftəlik brifinqdə deyib ki, rəsmi Tehran Dağlıq Qarabağda keçirilən qondarma parlament seçkilərini tanımır və hesab edir ki, belə addımlar münaqişənin aradan qaldırılması üçün aparılan danışıqlar prosesini çətinləşdirir.

İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İranın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını və buna hörmətlə yanaşdığını bildirib: "İran regionda sülh, təhlükəsizlik və sabitliyi poza biləcək istənilən fəaliyyətin əleyhinədir".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.