haberL haberR

İran rus S-300-lərini uran müsəssisəsində yerləşdirib

Kateqoriya: Dünya Yayımlama tarixi: 29.08.2016 12:07:53

“Hazırda İran səması regionun ən təhlükəsizidir.”

İslamazeri.az-ın AFP-yə istinadən verdiyi xəbərə əsasən, İran Rusiyadan aldığı S-300 zenit-raket komplekslərini "Fordu" uran müəssisəsində yerləşdirib.

İranın “Xətamül-Ənbiya” hava hücumundan müdafiə bazasının komandanı, briqada-generalı Fərzad Esmaili bildirib ki, uran zavodlarının mühafizəsi “hər cür şəraitdə” ən mühümdür.

“Hazırda İran səması regionun ən təhlükəsizidir.”, - deyə general IRIB telekanalının efirində bildirib.

Xatırladaq ki, S-300-lərin İrana tədarükünə dair müqavilə 2007-ci ildə bağlanıb. Lakin onun icrasi 2010-cu il iyunun 9-u qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 1929 nömrəli qətnaməsinə əsasən dayandırılmışdı. Qətnamə İrana müasir silahlanmanın, o cümlədən raket və raket sistemlərinin də ötürülməsinə qadağa qoyurdu. Ötən ilin aprel ayında Rusiya prezidenti Vladimir Putin S-300-lərin tədarükünə dair qadağanı aradan qaldırıb. Həmən ilin noyabrında isə müqavilə qüvvəyə minib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.