haberL haberR

İran Rusiya ilə birlikdə iki yeni AES bloku tikəcək

Kateqoriya: Dünya Yayımlama tarixi: 01.09.2016 12:30:26

Hazırda "Rosatom"-un iştirakı ilə "Buşehr" AES-in ("Buşehr-2" layihəsi) ikinci və üçüncü bloklarının tikintisinin başlamasına hazırlıq gedir.

İslamazeri.az-ın IRIB telekanalına istinadən verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Atom Enerjisi üzrə Təşkilatının başçısı Əli Əkbər Salehi bildirib ki, Rusiya ilə əməkdaşlıq çərçivəsində Buşehrdə AES-in iki enrji blokunun tikintisi sentyabr ayının 10-u başlayacaq.

"Buşehrdə iki yeni enerji blokunun tikintisi cari ildə, şəhrivarın 20-si (10 sentyabr) başlayacaq. Gözlənilir ki, tikintiyə 10 il vaxt gedəcək.", - deyə Salehi bildirib.

10-u "Buşehr" AES-in yeni enerji bloklarının təməlinin atılmasının təntənəli mərasimi sentyabr ayının 10-na planlaşdırılır. Mərasim onların tikintisinin başlamasını təmsil edir.

"Bu bloklardan hər biri ildə 11 milyon barrel neftə qənaət etməyə imkan verəcək.", - deyə Salehi layihənin İran iqtisadiyyatı üçün əhəmiyyətinə işarə edərək qeyd edib.

Xatırladaq ki, "Buşehr" AES-in birinci bloku İran milli enerji sisteminə 2011-ci ilin sentyabr ayında qoşulmuşdu. 2016-cı ilin yaz aylarında İran Atom Enerjisinin İstehsalı və İnkişafı üzrə Təşkilatı (AEİİT) onun istismarına lisenziya alıb. Bununla da təkcə İranda yox, həm də ki bütün Yaxın Şərqdəki ilk atom elektrik stansiyasının tikintisi rəsmi şəkildə tamamlanıb. Bununla "Rosatom" öz öhdəlikləri çərçivəsində blokun servisi, ona qulluq edilməsi və onun nüvə enerjisi ilə təmin edilməsini davam etdirir.

Hazırda "Rosatom"-un iştirakı ilə "Buşehr" AES-in ("Buşehr-2" layihəsi) ikinci və üçüncü bloklarının tikintisinin başlamasına hazırlıq gedir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.