haberL haberR

İran Rusiyanı icazəsiz məlumat yaydığına görə qınayıb

Kateqoriya: Siyasət Yayımlama tarixi: 22.08.2016 17:33:41

İran müdafiə naziri Rusiyanın Həmədan bazası haqqında məlumatları açdığına görə Moskvanı qınayıb.

İslamazeri.az-ın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə əsasən, İranın müdafiə naziri Hüseyn Dehqan bildirib ki, Rusiya dünya ictimaiyyətini İranın Həmədan aviabazasını istifadə etməsi haqqında, əvvəlcədən İran hökuməti ilə razılaşdırmadan və öncədən məlumat vermədən elan edib: “Əvvəla, ruslar güclü dövlət olduqlarını və təhlükəsizlik sahəsindəki tendensiyada güclü təsir göstərə bildiklərini çox göstərmək istəyirlər. İkincisi, onlar amerikalılar ilə danışıqlar apara bilmək və Suriyanın siyasi gələcəyindəki öz rollarını sığortalamaq üçün, Suriyadaki əməliyyat sahəsində effektiv iştirakçı kimi çıxış etmək istəyirlər.”

Xatırladaq ki, ötən həftə Rusiya Hava-Kosmik Qüvvələri (HKQ) ilk dəfə olaraq İranın Həmədan aerodromundan İŞİD və "Nusra Cəbhəsi" terror qruplaşmaları obyektlərinə zərbələr endirmək üçün istifadə ediblər. Daha əvvəl Rusiya Federasiyası Suriyada Xmeymim aerodromunda yerləşən qüvvələr ilə zərbələr endirirdilər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.