haberL haberR

İran səfirliyi Xocalı soyqırımı ilə bağlı tədbir keçirəcək

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 23.02.2015 13:27:06 2072 dəfə oxunub.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət Mərkəzi Xocalı soyqırımına həsr olunmuş tədbir keçirəcək

Bu haqda İslamazeri.az-a İran səfirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki,  İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət Mərkəzi ( Şəhriyar Mədniyyət Evi ) əziz Azərbaycan xalqı və dövləti ilə həmdərdlik nümayiş etdirərək Xocalı soyqırımının 23 cü ildönümünə həsr olunmuş mərasim keçirir. Tədbirdə Xocalı faciəsinə həsr olunmuş teatr və müxtəlif proqramlar nümayiş ediləcək. Tədbirdə həmçinin iki ölkənin rəsmi şəxsləri iştirak edəcəklər. Tədbir Gəncə prospekti 38 Xəzər dairəsi "Şəhriyar Mədəniyyət Evi"ndə 25 fevral saat 16:00-da keçiriləcək.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.