haberL haberR

İran Səudiyyə Ərəbistanına növbəti dəfə xəbərdarlıq etdi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 10.06.2015 12:07:28

Yəmən paytaxtı Səna şəhərində yerləşən İran səfirliyi ətrafına endirilən aviazərbələrin nəticəsi barədə Səud rejimi xəbərdarlıq edilib

İslamazeri.az-ın “Presstv”-yə istinadən verdiyi xəbərə görə, rəsmi Tehran Səudiyyə Ərəbistanını Yəmənin paytaxtı Səna şəhərində yerləşən İran səfirliyi ətrafına endirdiyi aviazərbələrə görə, növbəti dəfə xəbərdarlıq edib. Rəsmi Tehran bəyan edib ki, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Səna şəhərində yerləşən İran səfirliyi ətrafına zərbələr endirməyi davam etdirdiyi təqdirdə bu çox ciddi sonluqla nəticələnə biləcəyi barədə xəbardarlıq edib.

Qeyd edək ki, İranın Yəmənin paytaxtı Səna şəhərində yerləşən səfirliyi yaxınlığı artıq iki dəfə avizərbə endirilib. Bu məlumat İranın BMT-dəki səfiri Qulami Xoşrunun BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvünə ünvanladığı məktubunda qeyd edilir. Son dəfə İranın Yəməndəki səfirliyi may ayının 25-də aviasiya zərbələrində zərər çəkib. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.