haberL haberR

İran “Sorena-3” robotunu təqdim etdi (Foto)

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 17.11.2015 13:47:13

“Sorena” robot nəslinə daha bir robot əlavə edilib

İslamazeri.az “Mehr”-ə istinadən xəbər verir ki, İranda hazırlanan yeni nəsil “Sorena” robotları sırasına daha bir robot əlavə edilib.

“Sorena-1” və “Sorena-2” adlarıyla tanınan iki insanabənzər robot Tehran universitetinin tədqiqatçılar və alimləri tərəfindən ardıcıl olaraq 2008 və 2010-cu illərdə hazırlanıb.

“Sorena-1” robotunun boyu 165 sm, çəkisi 60 kq, “Surena-2” 145 sm hündürlüyündə, 45 kq ağırlıqda olub. “Sorena-3” insanabənzər robotu isə 190 sm boya, 90 kq çəkiyə malikdir. Dünən təqdimatı keçirilən yeni nəsil “Sorena-3” robotunun əvvəlki robotlardan bir sıra üstün cəhətləri var. Milli İnsanabənzər Robot Layihəsinin direktoru Əqil Yusifi Kəman bu robotun “Sorena-3” ilə müqayisədə düz olmayan yerlərdə, o cümlədən pilləkənləri qalxmaq və düşmək qabiliyyətlərinə malik olduğunu deyib. Robot həmçinin öz yerində fırlanma, eşitmə, görmə, məhdud dərəcədə danışmaq və İQ səviyyəsinin yüksəldilməsi sayəsində əşyaları seçməyə, hərəkətdə olan insanların üzlərini təyin etmək imkanlarına sahibdir.

İran “Sorena-3” robotunu təqdim etdi (Foto)

/haberimaj/habergaleri/2A9M1V2Y1J8M.JPG
  1. İran “Sorena-3” robotunu təqdim etdi (Foto)

  2. İran “Sorena-3” robotunu təqdim etdi (Foto)

  3. İran “Sorena-3” robotunu təqdim etdi (Foto)

  4. İran “Sorena-3” robotunu təqdim etdi (Foto)

  5. İran “Sorena-3” robotunu təqdim etdi (Foto)

  6. İran “Sorena-3” robotunu təqdim etdi (Foto)

  7. İran “Sorena-3” robotunu təqdim etdi (Foto)

  8. İran “Sorena-3” robotunu təqdim etdi (Foto)

  9. İran “Sorena-3” robotunu təqdim etdi (Foto)

  10. İran “Sorena-3” robotunu təqdim etdi (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.